Dünya
SEPAH ABŞ bazalarına, Qüds və Təl-Əvivə ağır raketlərlə ZƏRBƏLƏR ENDİRDİ - VİDEO
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Yaxın Şərqdəki bazalarına, Qüds və Təl-Əvivə bir neçə döyüş başlığına malik ağır raketlərlə zərbələr endirib. Oxu.Az xəbər verir ki, bu barədə İran dövlət televiziyası ordunun mətbuat xidmətinə istinadən məlumat yayıb. "Əl-Qüds günü (1979-cu ildə İranın təşəbbüsü ilə fələstinlilərin öz hüquqları uğrunda mübarizəsinə dəstək nişanəsi kimi təsis edilib) ərəfəsində həyata keçirilən "Əsl vəd - 4" əməliyyatının 41-ci dalğası Təl-Əviv və Qüdsdəki ABŞ-İsrail hədəflərinə, eləcə də regiondakı ABŞ silahlı qüvvələrinin bazalarına yönəldilib", - deyə açıqlamada bildirilib. Qeyd olunur ki, zərbələr müxtəlif tipli on raketlə, o cümlədən bir neçə döyüş başlığına malik "Xorrəmşəhr" və "Qədr", həmçinin "Xeybərşəkan" və hipersəs sürətli "Fəttah"la endirilib. İran bu gün səhər saatlarında İsrailin Hərbi Hava Qüvvələrinin Palmahim və Ovda bazalarına, eləcə də Ümumi Təhlükəsizlik Xidmətinin (ŞABAK) qərargahına zərbələr endirib. Oxu.Az xəbər verir ki, bu barədə İran dövlət televiziyası ordunun mətbuat xidmətinə istinadən məlumat yayıb.
"Son saatlarda İran ordusu PUA-larla İsrailin Palmahim və Ovda aerodromlarının idarəetmə qülləsinə, uçuş-enmə zolağına və anqarlarına, eləcə də ŞABAK-ın qərargahına zərbələr endirib", - məlumatda deyilir. Xəbərdə bildirilir ki, Palmahimdə "David's Sling" hava hücumundan müdafiə sistemləri və "Hermes" PUA-ları yerləşdirilib. Ovdada isə ABŞ-nin "F-22" qırıcı təyyarələri mövcuddur. İran İsrail istiqamətində növbəti raket hücumunu həyata keçirib. Oxu.Az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb. Məlumata görə, əsas hədəflər İsrail ərazisinin şimal hissəsində yerləşir. İsrail istiqamətinə yönəldilən raketlərin sayı və ya onların modifikasiyaları barədə məlumat yoxdur. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Mənbə
oxu.az