Siyasət

Burcanadze Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından DANIŞDI

12 Mar 2026, 15:52 1 baxış
Burcanadze Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından DANIŞDI
"XIII Qlobal Bakı Forumu mənim üçün həqiqətən çox vacibdir. Burada çox tanınmış insanlar, çox sayda siyasətçi, çox məşhur və təcrübəli şəxslər iştirak edirlər və onları dinləmək hər zaman çox maraqlıdır". Bu sözləri Oxu.Az-a açıqlamasında Gürcüstanın sabiq prezidenti və parlament sədri Nino Burcanadze "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusuna həsr olunan XIII Qlobal Bakı Forumunda deyib. O, forumun həmişə faydalı olduğunu vurğulayıb: "Biz keçmiş və bugünkü məsələləri müzakirə edirik və əlbəttə ki, problemlərin bəzi həll yollarını tapmağa çalışırıq. Bu, çox maraqlı və vacib bir məsələdir. Ümid edirəm ki, forumdan sonra da iştirakçılarla ünsiyyət qurmaq imkanınız olacaq". Sabiq prezident Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına da münasibət bildirib: "Bu, çox vacibdir. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasından çox məmnunuq. Artıq bir razılaşma mövcuddur və bu baxımdan, iki ölkə arasında iqtisadi münasibətlərin daha dinamik inkişaf edəcəyi gözlənilir. Əminəm ki, bu, Qafqaz və bütövlükdə region üçün yeni imkanlar yaradır. Əlbəttə ki, bu, Gürcüstan üçün də müsbət haldır". Mərahim Nəsib
Mənbə oxu.az

Oxşar Xəbərlər