Siyasət
Joze Ramos-Horta: "Dünya beynəlxalq hüquqsuz yaşaya bilməz"
"Nüvə silahına nəzarətin zəifləməsi dünya üçün böyük təhlükə törədə bilər". Oxu.Az xəbər verir ki, bunu Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos-Horta XIII Qlobal Bakı Forumundakı çıxışında deyib. O bildirib ki, Şimali Koreya nüvə silahını inkişaf etdirir və bəzi dövlətlər bunu dəstəkləyir: "Beynəlxalq razılıqlara əməl edilsə, dünyada sabitlik olar. Beynəlxalq hüquqdan sui-istifadə olunur. Biz kiçik dövlətik və yalnız qaydalar, beynəlxalq hüquq hesabına var ola bilərik. Dünya bunsuz yaşaya bilməz". Prezident İrana tövsiyə də verib: "İran bir neçə ölkəyə hücum edib. Burada baş verən məsələlər bütün dünyaya təsir edəcək. Onlar sakit addımlar atmalıdırlar". Məlik Məlikov
Mənbə
oxu.az