Digər
Biləsuvarda qəza: xəsarət alan var
Biləsuvar rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Axar.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Biləsuvarın Arazbari kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, idarəetməni itirən avtomobil yolun kənarına aşıb. Qəza nəticəsində avtomobildə olan qadın sərnişin xəsarət alıb. O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə
axar.az