Siyasət
Sebastyan Kurts: " İranla mübarizəyə qarşı effektiv həll yolları tapmalıyıq"
"İran klassik üslubda müharibə aparmır". Oxu.Az xəbər verir ki, bunu Avstriyanın sabiq kansleri Sebastyan Kurts XIII Qlobal Bakı Forumunda "Qlobal təhlükəsizlik və güc balansı: Beynəlxalq hüquqa hörmət - Yeni məsələlər, yeni çağırışlar" mövzusunda keçirilən panel müzakirəsində deyib. O bildirib ki, İranın hazırkı bir neçə ölkəyə raket hücumu artıq terrorçuluq kimi qəbul olunur: "Hazırda İranın hücumlarına görə dünya təhlükə ilə üzləşib. Almaniya və ya digər dövlətlərdə elə qanunvericilik var ki, onlara kiberhücum olarsa, qanunvericiliklərinə görə, Almaniya qarşı tərəfə hücum etməməlidir. Sual yaranır: Terrorçuluğa qarşı mübarizədə ölkələr qanunvericiliyinə dəyişiklikmi etməlidir? Biz İranla mübarizəyə qarşı effektiv həll yolları tapmalıyıq. Onlara zərbə endirilməlidir ya yox, bunu müəyyənləşdirməliyik". Məlik Məlikov
Mənbə
oxu.az