Dünya

İsrail PUA-sı Beyrutda avtomobili vurdu: Səkkiz nəfər öldü

12 Mar 2026, 12:36 2 baxış
İsrail PUA-sı Beyrutda avtomobili vurdu: Səkkiz nəfər öldü
İsrail ordusuna aid pilotsuz uçuş aparatı (PUA) Livanın paytaxtı Beyrutda hərəkət edən avtomobilə zərbə endirib. Hadisə nəticəsində 8 nəfər ölüb. Oxu.Az xəbər verir ki, məlumatı "Əl-Hadath" televiziya kanalı yayıb.
Vurulan nəqliyyat vasitəsinin "Hizbullah" qruplaşmasının üzvlərindən birinə aid olduğu bildirilir. Partlayış zamanı dəniz kənarında qurulmuş çadırlarda yatan qaçqınlar da həlak olublar. Gecə saatlarında Beyrutun Ramlet əl-Beida istiqamətində hərəkət edən təcili tibbi yardım avtomobillərinin həyəcan siqnalları fasiləsiz olaraq eşidilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər