Dünya
İsrail ordusu Livanda "Hizbullah" obyektlərinə genişmiqyaslı zərbələr endirir - VİDEO
İsrail ordusu Livanın cənubunda, Dov dağı ərazisində "Hizbullah"a qarşı bir neçə əməliyyat keçirir. Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.
"Əməliyyatın məqsədi İsrailin şimal bölgəsinin sakinləri üçün müdafiəni gücləndirməkdir. Hücum zamanı "Hizbullah"ın dayaq məntəqələri, raket qurğuları, minaatan mərmilər və digər silahların saxlandığı anbarlar aşkarlanıb. Aşkar edilən bütün silahlar İsrail hərbçiləri tərəfindən məhv edilib", - deyə məlumatda bildirilib. İsrail ordusu Livan ərazisində "Hizbullah" hərəkatının obyektlərinə növbəti zərbələr endirib. Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb. "Son saatlarda İsrail ordusu bütün Livan ərazisində "Hizbullah"a məxsus infrastruktur obyektlərinə genişmiqyaslı zərbələr silsiləsinə başlayıb. Hücum zamanı atəşə hazır vəziyyətdə olan onlarla raketburaxıcı qurğu sıradan çıxarılıb. Həmçinin İsrail istiqamətində atışlar həyata keçirməyə hazırlaşan onlarla "Hizbullah" döyüşçüsü zərərsizləşdirilib. SAXAL 30 dəqiqə ərzində Dahiya rayonunda hərəkatın 10 obyektinə, o cümlədən kəşfiyyat qərargahına, "Radvan" bölməsinin qərargahına və əlavə komanda məntəqələrinə zərbələr endirib", - deyə məlumatda bildirilib. "Hizbullah" hərəkatı isə bu gün səhər saatlarında Təl-Əviv yaxınlığındakı Qlilot hərbi kəşfiyyat bazasına raketlər atdığını bəyan edib.

Mənbə
oxu.az