Dünya

ABŞ Adminsitrasiyası neft ehtiyatlarından istifadəyə razılıq verib

12 Mar 2026, 10:28 2 baxış
ABŞ Adminsitrasiyası neft ehtiyatlarından istifadəyə razılıq verib
ABŞ Administrasiyası ölkənin Strateji Neft Ehtiyatından 120 gün ərzində 172 milyon barel neft alınmasına razılıq verib. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi açıqlama verib. Nazir Kris Rayt açıqlamasında bildirib ki, Prezident Donald Tramp nazirliyə gələn həftədən etibarən Strateji Neft Ehtiyatından 172 milyon barel neft ayırmaq səlahiyyəti verib. Onun sözlərinə görə proses ümumilikdə təxminən 120 gün çəkəcək. Bildirilib ki, hazırda ABŞ-nin rezervində təxminən 415 milyon barel neft var. Ümumi icazə verilən tutum isə 714 milyon bareldir.
Mənbə oxu.az

Oxşar Xəbərlər