Cəmiyyət

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edildi

12 Mar 2026, 10:46 2 baxış
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edildi

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.


ADY-dən Axar.az-a verilən məlumata görə, 18 mart tarixində hər iki istiqamətə səfərlər təşkil ediləcək.


Sözügedən reyslərə sərnişinlər biletləri 10% endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilər.


Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

Mənbə axar.az

Oxşar Xəbərlər