Dünya
İtaliyada keçmiş sevgilisini dronla izləyən şəxs qadını əsəb xəstəsi edib
İtaliyada 31 yaşlı kişi keçmiş sevgilisini dronla təqib edərək onun əsəb sarsıntısı keçirməsinə səbəb olub. xəbər verir ki, bu barədə "Today" nəşri məlumat yayıb. İstintaqın versiyasına görə, həmin şəxs iki il ərzində keçmiş sevgilisinə arası kəsilmədən mesajlar və hədiyyələr göndərib, həmçinin onu havadan gizli şəkildə müşahidə edib. Psixoloji təzyiqin kulminasiya nöqtəsi isə qızın getdiyi yerlərin üzərində daim dron uçurması olub. Bu gərginliyə dözməyən gənc qadının sonda əsəbləri pozulub. Axtarış zamanı şübhəlinin pilotsuz uçuş aparatı (dron) müsadirə edilib. Cihazın yoxlanılması zamanı ondan izləmə məqsədilə istifadə edildiyi təsdiqlənib. Dronun yaddaşında qadının və onun yeni sevgilisinin icazəsiz çəkilmiş fotoları aşkar olunub. Həmçinin təqibçinin iki smartfonu da ekspertiza üçün götürülüb. İstintaq müddətində məhkəmə italiyalı kişiyə keçmiş sevgilisinə yaxınlaşmağı qadağan edib.
Mənbə
oxu.az