Maraqlı

Çində qeyri-adi toy: Üçəm qardaşlar eyni gündə evləndilər

12 Mar 2026, 05:46 1 baxış
Çində qeyri-adi toy: Üçəm qardaşlar eyni gündə evləndilər
Çində üçəm qardaşların eyni gündə toy etməsi sosial şəbəkələrdə böyük marağa səbəb olub. Oxu.Az xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri məlumat yayıb. Bildirilib ki, Van soyadlı qardaşların toy mərasimi Henan əyalətinin Şantsyu şəhərində keçirilib. Eyni gündə evlənmək ideyası üçəmlərin valideynlərinə məxsus olub. Onlar övladlarına eyni vaxtda toy etməyi təklif ediblər. Qardaşlardan birinin sözlərinə görə, onlar uşaqlıqdan demək olar ki, heç vaxt ayrılmayıblar və hər şeyi birlikdə ediblər: eyni paltarları geyinib, bir yataqda yatıb, eyni məktəbdə oxuyublar. Hazırda isə onlar eyni şirkətdə çalışırlar. Qardaşların həyat yoldaşları Çinin müxtəlif bölgələrində doğulsalar da, hər üç gəlin və onların ailələri ortaq şənlik ideyasını dəstəkləyiblər. Üçəmlərin bundan sonra da bir evdə yaşayıb-yaşamayacağı barədə isə məlumat verilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər