Cəmiyyət
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq
Maştağa Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan bir sıra ərazilərdə elektrik təchizatında fasilə yaranacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. "Martın 12-də Maştağa ETSİ-nin ərazisində 35/10/6 kV-luq "Pirşağı" yarımstansiyasından çıxan 10 kV-luq 580. 1 və 2 nömrəli hava xətlərində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Pirşağı bağlar massivi və Ləhiş bağları adlanan ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd edilib.
Mənbə
oxu.az