Cəmiyyət

Gəncədə məktəb direktoru ardıcıl töhmətlərdən sonra İŞDƏN ÇIXARILDI

11 Mar 2026, 21:12 2 baxış
Gəncədə məktəb direktoru ardıcıl töhmətlərdən sonra İŞDƏN ÇIXARILDI
Gəncədə məktəb direktoru işdən çıxarılıb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, Gəncə şəhər 20 nömrəli orta məktəbin direktoru Mehriban Mahmudova tutduğu vəzifədən azad olunub. Məlumata əsasən, Mehriban Mahmudovaya üç töhmət verilib. Direktor vəzifəsinin müvəqqəti icrası isə Aygün Abbasovaya həvalə edilib. Qeyd edək ki, məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə sorğu ünvanlanıb.
{{gallery}} Məhərrəm Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər