İdman
Azərbaycanın qadın güləşçiləri Avropa çempionatında finala yüksəliblər
Azərbaycan güləşçisi Gültəkin Şirinova (55 kq) və Günay Qurbanova (59 kq) Serbiyanın Zrenyanin şəhərində davam edən güləş üzrə U-23 Avropa çempionatında finala vəsiqə qazanıblar. Oxu.Az "Report"a istinadən xəbər verir ki, Şirinova moldovalı rəqibi Mihaela Samoili, Qurbanova isə rumıniyalı Ana Mariya Puyunu üstələyiblər. Avropa çempionatına martın 15-də yekun vurulacaq.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az