İdman
Azərbaycanda keçiriləcək FIFA turnirinin oyunlarına biletlər satışa çıxarılıb
Azərbaycanda keçiriləcək "FIFA Series - 2026" turnirinin oyunlarının biletləri satışa çıxarılıb. Oxu.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan, Oman, Syerra-Leone və Sent-Lüsiya millilərinin iştirakı ilə gerçəkləşəcək turnirin martın 27-də baş tutacaq ilk matçlarına bilet satışı onlayn şəkildə həyata keçirilir. Azarkeşlər saat 15:00-da "Dalğa Arena"da keçiriləcək Oman - Syerra-Leone, 19:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq Azərbaycan - Sent-Lüsiya görüşlərinə bilet ala bilərlər.
Mənbə
oxu.az