Siyasət

Avropa İttifaqı Şurasının prezidenti: "Azərbaycan Avropa İttifaqı üçün çox mühüm tərəfdaşdır"

11 Mar 2026, 17:41 1 baxış
Avropa İttifaqı Şurasının prezidenti: "Azərbaycan Avropa İttifaqı üçün çox mühüm tərəfdaşdır"
"Azərbaycan Respublikası Avropa İttifaqı üçün çox mühüm tərəfdaşdır". Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında deyib. "Son bir il ərzində biz əlaqələrimizi daha da canlandırdıq və bugünkü görüşümüz də bunun bariz nümunəsidir", - deyə Avropa İttifaqı Şurasının prezidenti bildirib. O, Avropa İttifaqının bundan sonra da təhlükəsizlik, enerji, rəqəmsallaşma və nəqliyyat sahələrində əməkdaşlığı irəli aparmaq niyyətində olduğunu vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər