Siyasət
Əli Əsədov Kosta Rikanın Birinci vitse-prezidenti ilə görüşüb
Azərbaycanın Baş naziri Əli Əsədov martın 11-də ölkəmizdə səfərdə olan Kosta Rikanın Birinci vitse-prezidenti Fransisko Qamboa ilə görüşüb. Oxu.Az xəbər verir ki, görüş zamanı F.Qamboanın XIII Qlobal Bakı Forumunda iştirakının əhəmiyyəti vurğulanıb. Dünyada artan gərginlik və mürəkkəb geosiyasi proseslər fonunda bu tədbirin dialoqun təşviqi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma rolunu oynadığı bildirilib. Görüşdə Azərbaycan-Kosta Rika əlaqələrinin iqtisadi, investisiya, yaşıl enerji, humanitar və digər sahələrdə inkişaf perspektivləri müzakirə olunub. BMT-nin Ticarət və İnkişaf Konfransının Baş katibi Rebeka Qrinspan da görüşdə iştirak edib.
Mənbə
oxu.az