Siyasət

Antoniu Koşta: "Bakı-Naxçıvan dəmir yolu layihəsi Avropa və Asiya arasında dayanıqlı marşrut yaradacaq"

11 Mar 2026, 17:46 1 baxış
Antoniu Koşta: "Bakı-Naxçıvan dəmir yolu layihəsi Avropa və Asiya arasında dayanıqlı marşrut yaradacaq"
Orta Dəhlizin inkişafı strateji imkanlar təklif edir. Bakı-Naxçıvan dəmir yolu layihəsinin başa çatdırılması da olduqca vacib bir elementdir. Bu, Avropa və Asiya arasında dayanıqlı marşrut yaradacaq. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib. Antoniu Koşta bu layihənin yeni iş yerləri yaradacağını və ölkələrin iqtisadiyyatlarını gücləndirəcəyini vurğulayaraq deyib: "Biz Azərbaycanın firavan və bir-birinə bağlı olan Cənubi Qafqaz ölkələri ilə bağlı baxışını paylaşırıq".
Mənbə oxu.az

Oxşar Xəbərlər