İdman
Türkiyə Kuboku: "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş"ın rəqibləri bilindi
Bu gün futbol üzrə Türkiyə Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib. Oxu.Az xəbər verir ki, İstanbul təmsilçilərindən "Beşiktaş" bu raundda "Alanyaspor"la qarşılaşacaq. "Fənərbağça" "Konyaspor"la, "Qalatasaray" "Gənclərbirliyi" ilə münasibətlərə "aydınlıq gətirəcək". "Trabzonspor" isə "Samsunspor"un müqavimətini qırmağa çalışacaq. "Qalatasaray" - "Gənclərbirliyi" cütünün qalibi növbəti raundda "Samsunspor" - "Trabzonspor" duelinin güclüsü ilə qarşılaşacaq. "Beşiktaş" - "Alanyaspor" görüşündə üstün olan tərəf isə "Konyaspor" - "Fənərbağça" qarşılaşmasının qalibi ilə münasibətlərə aydınlıq gətirəcək. Türkiyə Kuboku 1/4 final cütləri Beşiktaş - Alanyaspor Konyaspor - Fənərbağça Qalatasaray - Gənclərbirliyi Samsunspor - Trabzonspor Yarımfinal cütləri Qalatasaray/Gənclərbirliyi - Samsunspor/Trabzonspor Beşiktaş/Alanyaspor - Konyaspor/Fənərbağça Xatırladaq ki, Türkiyə Kubokunda 1/4 final mərhələsinin oyunları 21-22-23 apreldə, yarımfinal matçları 12-13-14 mayda, final isə 24 mayda baş tutacaq.
Mənbə
oxu.az