Şou biznes

Milyarderlər reytinqinə daxil olan ilk musiqiçi: Teylor Sviftin sərvəti açıqlandı

11 Mar 2026, 13:22 1 baxış
Milyarderlər reytinqinə daxil olan ilk musiqiçi: Teylor Sviftin sərvəti açıqlandı
ABŞ-li məşhur müğənni Teylor Sviftin sərvəti 2026-cı ilə 2 milyard dollara çatıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Forbes" jurnalı məlumat verir. Məlumata görə, o, 2023-cü ilin oktyabr ayında "Eras Tour"dan qazandığı gəlirlər və özünün musiqi kataloqunun dəyəri sayəsində milyarder olub. Jurnalın qeyd etdiyinə görə, Teylor Svift milyarderlər reytinqinə daxil olan ilk musiqiçidir ki, buna ilk növbədə öz yaradıcılığı və konsert fəaliyyətləri sayəsində nail olub. Onun sərvəti təxminən 800 milyon dollar təşkil edir. Bu sərvətə royaltilər (müəllif hüquqları sahibinə onun əqli mülkiyyətindən - musiqi, kitablar, patentlər, proqramlar və s.-dən istifadə üçün dövri və ya birdəfəlik edilən ödənişlər - red.) və qastrol səfərlərindən əldə edilən gəlirlər, eləcə də təxminən 600 milyon dollar dəyərində musiqi kataloqu və təxminən 110 milyon dollar dəyərində daşınmaz əmlak daxildir.
Mənbə oxu.az

Oxşar Xəbərlər