İqtisadiyyat
İpoteka Fondunun xətti ilə kredit verilməyən şəhər və rayonların sayı AÇIQLANDI - SİYAHI
2026-cı il yanvarın 1-nə qədər Azərbaycanın 22 şəhər və rayonunda İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə kredit verilməyib. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq fonddan bildirilib. Qeyd olunub ki, kredit verilməyən ərazilər Naxçıvan Muxtar Respublikasında Sədərək, Şərur, Kəngərli, Babək, Şahbuz, Culfa və Ordubad rayonları, işğaldan azad edilmiş Zəngilan, Qubadlı, Cəbrayıl, Xocavənd, Füzuli, Xocalı, Laçın, Kəlbəcər, Ağdərə və Şuşa rayonları, Xankəndi şəhəri, həmçinin Saatlı, Hacıqabul, Xızı və Ağsu rayonlarıdır.
Məhərrəm Əliyev
Məhərrəm Əliyev
Mənbə
oxu.az