İqtisadiyyat

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

10 Mar 2026, 17:46 1 baxış
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib
Martın 10-da Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində holdinqin idarəetməsində olan portfel şirkətlərin 2025-ci ilin yekunları üzrə fəaliyyət hesabatı, əsas fəaliyyət göstəriciləri və maliyyə nəticələri, o cümlədən ümumi gəlir və EBİTDA göstəriciləri, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-nin inkişaf perspektivlərinə ümumi baxış, dövlət maliyyəsinin səmərəli idarəedilməsinin təşkili ilə bağlı qəbul edilmiş yeni normativ-hüquqi aktların AİH-in portfel şirkətlərinə tətbiqi barədə və digər cari məsələlər ətraflı müzakirə olunub. Oxu.Az xəbər verir ki, gündəlikdə olan məsələlər üzrə Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanovun geniş təqdimatı dinlənilib. İclasda təqdim olunan məsələlərə dair AİH-in Müşahidə Şurasının üzvləri, AİH-in İdarə Heyətinin sədri və iclasa dəvət olunan kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxış ediblər. İclasın yekununda AİH-in Müşahidə Şurasının üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və holdinqin İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər