İqtisadiyyat

Avropada qazın qiyməti 16 faiz ucuzlaşaraq 600 dolların altına düşüb

10 Mar 2026, 15:24 1 baxış
Avropada qazın qiyməti 16 faiz ucuzlaşaraq 600 dolların altına düşüb
Avropa qaz bazarında qiymətlər min kubmetr üçün 600 dollardan aşağı düşüb Oxu.Az xəbər verir ki, bu barədə Londonun ICE birjasından məlumat əldə edilib. Avropada təbii qazın qiyməti çərşənbə axşamı hərraclar başlayandan sonra 16 faiz ucuzlaşaraq hər min kubmetr üçün 567 dollar səviyyəsinə enib. Niderlandda yerləşən və Avropanın ən böyük mərkəzi sayılan TTF indeksi üzrə aprel ayı üçün nəzərdə tutulan ən yaxın füçerslər Bakı vaxtı ilə saat 11:00-da 10.7% azalma göstərərək 602.8 dollarla açılıb. Saat 11:22-də olan rəqəmlərə görə isə, bu göstərici 567.1 dollara (-16%) bərabər olub. Kotirovkaların dinamikası ötən ticarət gününün yekununda qeydə alınan min kubmetr üçün 675.1 dollarlıq hesablaşma qiymətinə nisbətdə müəyyən edilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər