Cəmiyyət

Gəncədəki qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI

10 Mar 2026, 11:38 2 baxış
Gəncədəki qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Ötən gün Gəncədə Şah İsmayıl Xətai prospektində VAZ-2110 və "Great Wall" markalı avtomobillər toqquşub. Gəncə Şəhər Birləşmiş Xəstəxanasından Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə nəticəsində xəstəxanaya altı nəfər müraciət edib. "Martın 9-da saat 15:30-da altı nəfər ( üç kişi, üç qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilib. Əzizə İsmayılova
Mənbə oxu.az

Oxşar Xəbərlər