Cəmiyyət

Emin Həsənzadə: "İrana 30 tona yaxın humanitar yardım göndərilib"

10 Mar 2026, 09:39 2 baxış
Emin Həsənzadə: "İrana 30 tona yaxın humanitar yardım göndərilib"
"Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə İrana 30 tona yaxın qida məhsulları yola salınıb". Oxu.Az "Report"a istinadla xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dövlət Ehtiyatları Agentliyinin Ehtiyatlara Nəzarət departamentinin direktoru Emin Həsənzadə deyib. O bildirib ki, humanitar yardıma un, düyü, qənd, çay, eyni zamanda dərman ləvazimatları da daxildir.
Mənbə oxu.az

Oxşar Xəbərlər