Şou biznes
"Oğlum məni rədd etməyib" - Tanınmış prodüserdən Mahir Emreli açıqlaması
"Şou-biznesdə etik olmayan addım atmaqla zirvəyə çıxmaq mümkündür. Soyunmaqla, kiməsə sataşmaqla məşhur olmağın ömrü 40 gün çəkir". Bunu Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışında qonaq olan prodüser Anar Mədətov söyləyib.
"Sıfırdan ulduz yaratmaq bu gün də mümkündür" deyən prodüser sözlərinə əlavə edib: "Kişidən fərqli olaraq, qadını məşhur etmək daha asandır. Amma onu ulduza çevrildikdən sonra qorumaq çətindir". A.Mədətov verilişdə, həmçinin oğlu, futbolçu Mahir Emrelinin öz soyadını dəyişməsinə də münasibət bildirib: "Mahir məni ata kimi rədd etməyib. Soyadını dəyişməsi onun öz seçimidir".

Mənbə
oxu.az