Şou biznes

Rusiyanın məşhur aktrisası qızı ilə birgə FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ - VİDEO - FOTO

07 Mar 2026, 15:52 1 baxış
Rusiyanın məşhur aktrisası qızı ilə birgə FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ - VİDEO - FOTO
"Sklifosovski", "Saşa-Tanya", "Univer" və digər teleseriallardakı rolları ilə tanınan teatr və kino aktrisası Yekaterina Vedunova martın 4-də avtomobil qəzasında həlak olub. Oxu.Az xəbərə verir ki, bu barədə TASS-a ailənin dostu Marianna Poryadko məlumat verib. Bildirilib ki, məşhur aktrisanın qızı da nəqliyyat hadisəsində həyatını itirib. "Bəli, onlar ölüblər. Bu, 4 mart gecəsi Zubovo-Polyanski rayonunda baş verib. Onlar sürücü ilə birlikdə Moskvaya gedirdilər. Sürücü idarəetməni itirib, avtomobil qarşıdan gələn yük maşını ilə toqquşub", - deyə ailə dostu bildirib.
Xatırladaq ki, Marianna Vedunova 9 iyul 1980-ci ildə anadan olub. 2004-cü ildə Sobinov adına Saratov Dövlət Konservatoriyasının Teatr şöbəsini bitirib. Teatrlarda 10-dan çox rolda oynayıb. Lakin aktrisa "Sklifosovski", "Saşa-Tanya", "Möhtəşəm beşlik", "Univer" və "Çernobıl" televiziya seriallarındakı rolları ilə daha çox tanınıb.
{{gallery}}
Rusiyanın məşhur aktrisası qızı ilə birgə FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ - VİDEO - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər