Dünya
Ağ Ev İrandakı əməliyyatın son məqsədini açıqladı
ABŞ-nin İranda hərbi əməliyyatının son məqsədi Tehran tərəfindən Vaşinqtona və Yaxın Şərqdəki Birləşmiş Ştatlar qoşunlarına qarşı təhlükəni aradan qaldırmaqdır. Oxu.Az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib. Bundan başqa, ABŞ İran İslam Respublikasının hərbi dəniz qüvvələrinin məhv edilməsinə və ballistik raket təhlükəsinin zərərsizləşdirilməsinə nail olur. O əlavə edib ki, Vaşinqtonun planları arasında Tehranın heç vaxt nüvə silahı düzəldə bilməyəcəyinə dair zəmanət əldə etmək də var.
Mənbə
oxu.az