Dünya
Marko Rubio İrana qarşı əməliyyatların nə qədər çəkəcəyi barədə danışıb
ABŞ dövlət katibi Marko Rubio ərəb ölkələrinin xarici işlər nazirləri ilə telefon danışıqları zamanı bildirib ki, İrana qarşı hərbi əməliyyat daha bir neçə həftə davam edə bilər. Oxu.Az xəbər verir ki, bu barədə "Axios" portalı danışıqların gedişi ilə tanış olan mənbələrə istinadən məlumat yayıb. Rubio tərəfdaşları məlumatlandırıb ki, hazırda hərbi qüvvələrin əsas diqqəti İranın raket qurğularına, raket ehtiyatlarına və istehsal zavodlarına yönəlib. Dövlət katibi həmçinin qeyd edib ki, İranda hakimiyyət dəyişikliyi ABŞ-nin əsas məqsədi deyil. Bundan əlavə, Rubio ABŞ ilə İran hakimiyyəti arasında hazırda heç bir dialoqun olmadığını deyib. Onun sözlərinə görə, mümkün danışıqlar mövcud hərbi məqsədlərə xələl gətirə bilər.
Mənbə
oxu.az