İdman
Dana Uayt UFC-nin Bakıya qayıdacağını bildirib
UFC-nin prezidenti Dana Uayt qarışıq döyüş növləri üzrə ən nüfuzlu promouşenin Bakıya qayıdacağını bildirib. Oxu.Az "Fox Sports Australia"ya istinadən verdiyi xəbərə görə, UFC yaxın mövsümdə turnirlərin coğrafiyasını genişləndirməyi planlaşdırır. "Tezliklə Azərbaycana qayıdacağıq. Həmçinin Gürcüstan və Cənubi Afrika Respublikasına səfər etmək planlarımız var", - deyə təşkilatın rəhbəri bildirib.
Mənbə
oxu.az