Siyasət
"Haber Global": İranın dron hücumundan sonra Azərbaycana dəstək mesajları gəlir
İranın martın 5-də Naxçıvan Muxtar Respublikasına pilotsuz uçuş aparatları ilə hücumundan sonra Azərbaycana xeyli sayda dəstək mesajı gəlməyə davam edir. Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" telekanalının dron hücumu və bundan sonra Bakıya göstərilən beynəlxalq dəstək barədə hazırladığı süjetdə bəhs edilir.
Süjetdə qeyd edilir ki, Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək İranın Azərbaycana qarşı hərbi hücumunu və terror aktlarını qınadığını bildirib, bu çətin gündə Pakistan dövləti və ordusunun Azərbaycan dövləti və ordusunun yanında olduğunu qeyd edib. Həmçinin Albaniyanın Baş naziri Edi Ramanın "X" sosial şəbəkə hesabında İranın əsassız hücumunu tənqid etməsi barədə də məlumat verilib.

Mənbə
oxu.az