Cəmiyyət

Əli Əsədov belaruslu həmkarı ilə danışdı

06 Mar 2026, 20:41 2 baxış
Əli Əsədov belaruslu həmkarı ilə danışdı

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun belaruslu həmkarı Aleksandr Turçin ilə telefon danışığı baş tutub.


Bu barədə Axar.az-a Azərbaycan Nazirlər Kabinetindən məlumat verilib.


Telefon danışığı zamanı iki ölkə prezidentlərinin birgə səyləri nəticəsində müxtəlif sahələrdə Azərbaycan-Belarus çoxşaxəli tərəfdaşlığının dinamik inkişafı qeyd edilib.


Hökumət başçıları regiondakı cari vəziyyəti müzakirə ediblər. Ə.Əsədov İranın Naxçıvana 5 martda pilotsuz uçuş aparatları ilə zərbələri barədə məlumat verib.


Baş nazirlər həmçinin Azərbaycan ilə Belarus arasında qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər