Dünya
Bəhreyn İranın məhv edilən raket və PUA-larının sayını açıqladı
Yaxın Şərqdə münaqişə gərginləşəndən bəri Bəhreynin Hava Hücumundan Müdafiə Qüvvələri İran ərazisindən buraxılan 78 raket və 143 PUA-nı məhv edib. Oxu.Az xəbər verir ki, bu barədə BNA agentliyi Bəhreyn Silahlı Qüvvələrinin rəsmi məlumatına istinadən xəbər yayıb. Yerli sakinlərə mütləq zərurət olmadığı təqdirdə evdən çölə çıxmamaqla bağlı xəbərdarlıq da edilib. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Mənbə
oxu.az