Siyasət

İranın Naxçıvan aeroportuna hücumu ilə bağlı ICAO-ya MÜRACİƏT EDİLDİ

06 Mar 2026, 17:48 1 baxış
İranın Naxçıvan aeroportuna hücumu ilə bağlı ICAO-ya MÜRACİƏT EDİLDİ
Azərbaycan hökuməti İrandan Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) müraciət edib. Oxu.Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb. "5 mart tarixində İran İslam Respublikası ərazisindən Naxçıvan Muxtar Respublikasının "Naxçıvan" Beynəlxalq Hava Limanına, onun terminal binasına pilotsuz uçuş aparatlarının hücumları həyata keçirilib. "Beynəlxalq Mülki Aviasiya haqqında" 1944-cü il 7 dekabr tarixli Konvensiyaya, o cümlədən Konvensiyaya 17 nömrəli Əlavə - "Aviasiya təhlükəsizliyi" sənədinin beynəlxalq standartlarına uyğun olaraq, hava limanına qanunsuz müdaxilə aktı baş verdikdə üzv dövlət tərəfindən hazırlanmış ilkin hesabat Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) göndərilməlidir. Beynəlxalq standartlardan irəli gələrək Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Dövlət Mülki Aviasiya Agentliyi" publik hüquqi şəxsi ICAO-ya müvafiq ilkin hesabat göndərib", - deyə məlumatda bildirilib. Qeyd edək ki, martın 5-də İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumu olub. Texniki vasitələrlə təsbit edilib ki, İran Silahlı Qüvvələri tərəfindən dörd ədəd pilotsuz uçuş aparatı Azərbaycanın Naxçıvan bölgəsinə doğru hücum aktlarını törətmək üçün yönləndirilib. Onlardan biri Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb, ikisi Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasını, digəri isə Babək rayonunun Şəkərabad kəndində yerləşən təhsil müəssisəsini hədəfə alıb. Hadisə nəticəsində dörd nəfər xəsarət alıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər