Digər

Nazir Fərid Əhmədov Qobustan rayonunda vətəndaşları qəbul edib

06 Mar 2026, 16:45 2 baxış
Nazir Fərid Əhmədov Qobustan rayonunda vətəndaşları qəbul edib
Ədliyyə naziri Fərid Əhmədov 6 mart tarixində Qobustan rayonunda vətəndaşları qəbul edib. Qəbuldan əvvəl nazir ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub. Qəbulda Sumqayıt şəhər, Qobustan, Abşeron, Xızı, Qubadlı və Zəngilan rayonlarından ümumilikdə 40 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciəti dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı Nazirliyin aidiyyəti struktur qurumlarının rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib. Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər