Dünya

Pakistan Əfqanıstanla sülh danışıqları üçün şərtini açıqladı

06 Mar 2026, 15:48 2 baxış
Pakistan Əfqanıstanla sülh danışıqları üçün şərtini açıqladı
"Əfqanıstan onun ərazisindən sərhədyanı hücumlar təşkil edən silahlı qruplaşmaları dəstəkləməyi dayandırmasa İslamabad Kabil ilə danışıqlara başlamayacaq". Oxu.Az-ın "Bloomberg" agentliyinə istinadən xəbərinə görə, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərifin Dəftərxanasının nümayəndəsi Müşərrəf Zəidi bildirib: "Hər hansı danışıqlar olmayacaq. Əfqanıstanda terrorizmə son qoyulmalıdır". Qeyd edək ki, Pakistan-Əfqanıstan sərhədində vəziyyət son dərəcə gərgin olaraq qalır.
Mənbə oxu.az

Oxşar Xəbərlər