Dünya

İran Küveyt sahillərində ABŞ neft tankerinə hücum edib

06 Mar 2026, 15:59 2 baxış
İran Küveyt sahillərində ABŞ neft tankerinə hücum edib
İran 22-ci raket hücumu dalğasında Fars körfəzindəki ABŞ hərbi bazalarına, Təl-Əviv, Hayfa və Ben-Qurion hava limanındakı İsrail ordusunun obyektlərinə hücum edib. Oxu.Az-ın məlumatına görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) məlumat yayıb. İslam Respublikasının mərkəzi qərargahının sözçüsü Xatəm əl-Ənbiya bildirib ki, İran, həmçinin Küveyt sahillərində ABŞ neft tankerinə hücum edərək gəmidə yanğına səbəb olub: "ABŞ bayrağı altında üzən neft tankeri Küveyt sərhədləri yaxınlığında vurulub və yanır". İsrail istiqamətində həyata keçirilən 22-ci hücum dalğasında İran tərəfi 1.5 tonluq döyüş başlığı daşıyan "Xorrəmşəhr-4" tipli superağır ortamənzilli ballistik raketləri, həmçinin "Fəttah" hipersəs raketləri tətbiq edib. Oxu.Az xəbər verir ki, sözügedən məlumatı İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ictimaiyyətə açıqlayıb. Xarici KİV qurumun bəyanatına istinadən bildirir ki, "Həqiqi vəd 4" əməliyyatının 22-ci dalğası işğal altındakı ərazilərin mərkəzinə "Xorrəmşəhr-4", "Xeybər" və "Fəttah" raketlərinin kütləvi zərbəsi ilə start götürüb. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər