Cəmiyyət
Dövlət Komitəsinin sədri Iğdır valisi ilə görüşüb - FOTO
Martın 5-də Türkiyə Respublikasına səfəri çərçivəsində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Iğdır valisi Mustafa Fırat Taşolar ilə görüşüb. Oxu.Az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, görüş zamanı Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin regionda əməkdaşlığın möhkəmlənməsinə və xalqlar arasında qarşılıqlı etimadın güclənməsinə mühüm töhfə verdiyi qeyd olunub. Bildirilib ki, müxtəlif sahələrdə həyata keçirilən birgə təşəbbüslər əlaqələrin daha da inkişafına yeni imkanlar yaradır. Söhbət zamanı Iğdır vilayətində yaşayan azərbaycanlıların dini etiqad azadlığının təmin edilməsi, yerli ictimai-mədəni mühitdə rolu barədə fikir mübadiləsi aparılıb. Ramazan ayı münasibətilə təşkil olunan tədbirlərin insanlar arasında ünsiyyətin genişlənməsinə, qarşılıqlı hörmət və mənəvi həmrəyliyin möhkəmlənməsinə töhfə verdiyi bildirilib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlığın gələcək inkişaf istiqamətləri müzakirə olunub.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az