Cəmiyyət

Saakaşvili: Terrorçu rejim Azərbaycanı qəsdən vurdu

06 Mar 2026, 11:03 2 baxış
Saakaşvili: Terrorçu rejim Azərbaycanı qəsdən vurdu

İranın terrorçu rejimi Azərbaycanın Naxçıvan hava limanına iki dronla qəsdən hücum edib.


Axar.az xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib.


“İranda yaşayan azərbaycanlıların sayı Azərbaycanın özündə yaşayanlardan ən azı üç dəfə çoxdur. Hətta Xamenei də azərbaycanlı idi. Azərbaycanın uzun müddətdir ki, İsraillə, son zamanlar isə ABŞ ilə sıx münasibətləri var, lakin bunların heç biri İranın səbəbsiz hücumunu doğrultmur”, - o bildirib.


Saakaşvili Azərbaycanla həmrəy olduğunu vurğulayıb:


“Bu rejimin yaşamaq şansı yoxdur, baxmayaraq ki, onun əzabı daha uzun aylar davam edə bilər”.


Qeyd edək ki, ötən gün İran Naxçıvanın mülki obyektlərinə “Araş 2” uzaqmənzilli dronlarla hücum edib.

Mənbə axar.az

Oxşar Xəbərlər