Dünya
İran İsrailin bazasına və ABŞ hərbi düşərgəsinə zərbə endirib
İran İsrailin şimalındakı Ramat-David aviabazasına və İsrail Hərbi Hava Qüvvələrinin Meron aviabazasındakı radiolokasiya stansiyasına PUA (pilotsuz uçuş aparatları) zərbələr endirib. Oxu.Az-ın "Tasnim" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın "Xatam əl-Anbiya" Hava Hücumundan Müdafiə Qüvvələrinin Mərkəzi Qərargahının nümayəndəsi məlumat verib. Həmçinin İran hərbi-dəniz qüvvələri ABŞ-nin Küveytdəki Əl-Udeyri hərbi düşərgəsinə də PUA zərbələri endiriblər.
Mənbə
oxu.az