Cəmiyyət

İranda komandanlıq yoxdur, Azərbaycana zərbə... - Naumov

06 Mar 2026, 10:21 2 baxış
İranda komandanlıq yoxdur, Azərbaycana zərbə... - Naumov

İranın mərkəzi komandanlığı ya məhv edilib, ya da təcrid olunub, zərbələrə nəzarət isə yerli komandanlıq qərargahları arasında bölüşdürülmüş şəkildə qurulub, hazırda ölkənin mərkəzləşdirilməmiş müdafiəsi var.


Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Aleksey Naumov deyib.


“Azərbaycan hava limanına edilən hücum kimi qəribə zərbələr də elə buradan qaynaqlanır və Tehrana heç bir fayda gətirmir, əksinə, düşmənlərinin sıralarını artırır. Lakin Tehran silahlı qüvvələrin və SEPAH-ın fəaliyyətinə görə məsuliyyət daşıyır, başqa yol yoxdur”, - o bildirib.


Qeyd edək ki, ötən gün İran Naxçıvanın mülki obyektlərinə “Araş 2” uzaqmənzilli dronları ilə hücum edib.

Mənbə axar.az

Oxşar Xəbərlər