Dünya

BƏƏ-dən Tehrana qarşı sərt addım: İranın milyardlarla dollarlıq aktivləri dondurulur

06 Mar 2026, 09:36 2 baxış
BƏƏ-dən Tehrana qarşı sərt addım: İranın milyardlarla dollarlıq aktivləri dondurulur
"Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrana qarşı tədbir olaraq İslam Respublikasının milyardlarla dollarlıq aktivlərini dondurmağı düşünür". Oxu.Az-ın məlumatına görə, bu barədə "The Wall Street Journal" özəl mənbələrə istinadən məlumat yayıb. "BƏƏ Fars körfəzi dövlətində saxlanılan milyardlarla dollarlıq İran aktivlərini dondurmağı düşünür. Bu addım Tehranın ən vacib iqtisadi yollarından birini bağlaya bilər", - deyə nəşr bildirib. Xəbərdə qeyd edilir ki, əgər belə bir qərar verilərsə, Tehran xarici valyutaya və qlobal ticarət şəbəkələrinə çıxışda ciddi məhdudiyyətlərlə üzləşəcək. Xatırladaq ki, martın 5-də İran Dubayda bir qülləyə, Əbu-Dabi hava limanı yaxınlığında isə ABŞ hərbi qərargahına dron hücumları həyata keçirib. "Qüds" nəşrinin məlumatına görə, BƏƏ Müdafiə Nazirliyi Dubay və Əbu-Dabi səmasında hava hücumundan müdafiə sistemlərinin aktiv olduğunu və partlayış səslərinin eşidildiyini təsdiqləyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər