Cəmiyyət
TDT baş katibindən Naxçıvana hücuma reaksiya
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömürəliyev İranın Naxçıvan Muxtar Respublikasına həyata keçirdiyi dron hücumu ilə bağlı bəyanat yayıb.
Axar.az xəbər verir ki, bəyanatda İranın mülki infrastruktura hücumlarının şiddətli şəkildə qınanıldığı bildirilib.
Baş katib bu cür hərəkətlərin təkrarlanmamasının önəmini vurğulayaraq regionda gərginliyin daha da yüksəldilməməsi üçün çağırış edib.
K.Ömürəliyev Azərbaycan hökuməti və xalqı ilə həmrəy olduğunu bir daha vurğulayıb.
Mənbə
axar.az