Cəmiyyət
Daha bir ölkədən Naxçıvana hücumla bağlı bəyanat
Bəhreyn İranın Azərbaycan və Türkiyəyə qarşı hücumlarını pisləyib.
Axar.az xəbər verir ki, bu barədə Bəhreyn Xarici İşlər Nazirliyi bəyanat yayıb.
"Bəhreyn Xarici İşlər Nazirliyi İranın qardaş Türkiyə və Azərbaycana qarşı hücumlarını qətiyyətlə pisləyir və qəbulolunmaz hesab edir. Bu hərəkətlər mehriban qonşuluq prinsiplərinin, beynəlxalq hüquq və normaların kobud şəkildə pozulması, habelə regionun təhlükəsizliyi və sabitliyini təhdid edən təhlükəli eskalasiyadır", - bəyanatda bildirilib.
Qeyd edək ki, İran Naxçıvan Belnəlxalq Hava Limanı və orta məktəbə ötən gün günorta saatlarında 4 PUA ilə hücum həyata keçirib.
Mənbə
axar.az