Siyasət
Məhəmməd Şahbaz Şərif: "Qardaş Azərbaycana qarşı son hücumlardan ciddi narahatıq"
"Biz qardaş ölkə Azərbaycana qarşı son hücumlarla bağlı ciddi narahatlığımızı ifadə edirik". Oxu.Az xəbər verir ki, bu sözləri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif "X" sosial şəbəkə hesabında yazıb. "Pakistan Azərbaycanın rəhbərliyini və xalqını qətiyyətlə dəstəkləyir və sonrakı gərginliyə səbəb ola biləcək, regional sülh və sabitliyi sarsıdan bu cür qınağa layiq hərəkətləri pisləyir. Biz hər kəsi təmkinli olmağa çağırırıq və regionda sülh və sabitliyin qorunması üçün gərginliyin azaldılması, dialoq və diplomatiyanın davam etdirilməsi zərurətini bir daha vurğulayırıq" , - deyə baş nazir bildirib.
Mənbə
oxu.az