Siyasət
İtaliyanın İrandakı səfirliyinin əməkdaşları Azərbaycan vasitəsilə təxliyə ediliblər
İtaliyanın İrandakı səfirliyinin 45 nəfərlik heyəti Astara dövlət sərhədi buraxılış məntəqəsindən təxliyə edilib. Oxu.Az bu barədə "Report"a istinadən xəbər verir. Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb. Qeydiyyat prosedurlarından sonra onlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar. Qeyd edək ki, İranda hərbi əməliyyatların başladığı fevralın 28-i saat 08:00-dan martın 5-i 16:00-a qədər həmin ölkədən Azərbaycana təxliyə olunanların sayı 1 300-ü keçib.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az
Oxşar Xəbərlər