Cəmiyyət

İrandan dron hücumu olan Naxçıvan aeoroportunun yaxınlığındakı məktəblərdə VƏZİYYƏT - VİDEO

05 Mar 2026, 12:48 2 baxış
İrandan dron hücumu olan Naxçıvan aeoroportunun yaxınlığındakı məktəblərdə VƏZİYYƏT - VİDEO
"İranın Naxçıvan aeroportuna dron hücumu ilə əlaqədar hava limanına yaxın ərazidə yerləşən məktəblərdə təxliyə yoxdur". Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, bəzi valideynlər panikaya düşdükləri üçün uşaqlarını məktəblərdən aparırlar: "Aeroportun yaxınlığında Şəkərabad məktəbində təxliyə deyilmişdi, amma olmadı". Məhərrəm Əliyev İranın Naxçıvan aeroportuna dron hücumu ilə əlaqədar hava limanına yaxın ərazidə yerləşən məktəblərdə tədris dayandırılıb, müəllimlər və şagirdlər təxliyə edilib. Oxu.Az bildirir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ərazidəki iki məktəb boşaldılıb: "Qərar pedaqoji heyətin və şagirdlərin təhlükəsizliyi məqsədilə qəbul olunub".


Mənbə oxu.az

Oxşar Xəbərlər