Cəmiyyət

Naxçıvana neçə PUA ilə hücum edilib? – İran səfirliyi

05 Mar 2026, 12:52 2 baxış
Naxçıvana neçə PUA ilə hücum edilib? – İran səfirliyi

Naxçıvan aeroportuna düşən İran PUA-larının sayı ən azı ikidir.


Bu barədə Axar.az-a İranın Azərbaycandakı səfirliyindən bildirilib.


Qeyd edilib ki, “Şahid” PUA-ları olduğu ehtimal edilən dronların Naxçıvan aeroportuna hücum etdiyi, yoxsa təsadüfən düşdüyü haqda heç bir bilgiyə sahib deyillər:


“Xoşbəxtlikdən ciddi xəsarət alan yoxdur. Dronlar ora səhvən düşdüyü, yoxsa hücum etdiyi haqda məlumatımız yoxdur. Bu barədə rəsmi cavab almamışıq”.


Xatırladaq ki, bu gün İranın PUA-ları naxçıvan aeroportuna düşüb. Dronlardan biri hava limanına ziyan verib, digəri isə aeroport yaxınlığındakı məktəb ərazisinə düşüb.

Mənbə axar.az

Oxşar Xəbərlər