İqtisadiyyat
Azərbaycanın yeni sosial-iqtisadi inkişaf strategiyasında hansı dəyişikliklər olacaq?
"Azərbaycan Respublikasının 2027-30-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası" üzrə işlər yekunlaşmaq üzrədir və bu sənəddə yeni yanaşmalar mövcuddur". Oxu.Az xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov "Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar" mövzusunda keçirilən forumda deyib. Nazir bildirib ki, sənəddə bir neçə istiqamətdə yenilik mövcuddur: "Sahəvi qurumların müvafiq inkişafına dair cavabdehliyin gücləndirilməsi və qiymətləndirilməsi, eyni zamanda, ixracyönümlülüklə bağlı kredit resurslarının əlçatanlığı, innovativ yanaşmanın tətbiqi və s. məsələlər sənəddə qeyd olunub. Sözügedən layihə ötən həftə İqtisadi Şuranın iclasında müzakirə edildi". Məlik Məlikov
Mənbə
oxu.az