Cəmiyyət

Sumqayıtda TƏHLÜKƏLİ ANLAR - Avtobus sürücüsü hər iki əlini sükandan çəkərək telefonla oynadı

05 Mar 2026, 11:34 2 baxış
Sumqayıtda TƏHLÜKƏLİ ANLAR - Avtobus sürücüsü hər iki əlini sükandan çəkərək telefonla oynadı
Sumqayıt şəhərində fəaliyyət göstərən 7 nömrəli marşrut avtobusunun sürücüsünün sərnişinlərin həyatını təhlükəyə atan davranışı narazılığa səbəb olub. Oxu.Az-a göndərilən görüntülərdə avtobus sürücüsünün nəqliyyat vasitəsini sürən zaman mobil telefondan istifadə etdiyi əks olunub. Kadrlardan da göründüyü kimi, sürücü sükan arxasında olarkən diqqətini yoldan yayındıraraq telefonla məşğul olur, daha dəqiq desək, iki əlini də sükandan çəkərək "TikTok"da izlədiyi videolara şərh yazır. Bu cür davranış isə həm sərnişinlərin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini risk altına atıb. Qeyd edək ki, yol hərəkəti qaydalarına əsasən, nəqliyyat vasitəsini idarə edərkən mobil telefondan istifadə etmək qadağandır və inzibati məsuliyyət yaradır. Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb. Görüntüləri təqdim edirik:

Məhərrəm Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər